KANAL24.AZ
Az Iw En Ru

Erməni lobbisi Le Peni satdı – Hiyləgər qərar

Gözlənilən baş verdi. Fransadakı erməni lobbisi prezident seçksinin ikinci turunda Emmanuel Makrona dəstək qərarı verdi. Halbuki əvvəl Le Penə dəstək verirdilər, ancaq ikinci turda qalib Emmanuel Makron olacaq. Ona görə də hiyləgər erməni lobbisi Le Peni yarı yolda buraxaraq qalibi seçdi.

Bu sözləri politoloq Elxan Şahinoğlu Fransada ultrasağçı və ermənipərəst açıqlamaları ilə seçilən Le Pendən erməni lobbisinin uzaqlaşmasını şərh edərkən deyib. Politoloq bildirib ki, Fransadakı erməni lobbisinin iki tanınmış nümayəndəsi - Ara Toranyan və Murad Papazyan Makrona göndərdikləri məktubda bunları qeyd ediblər: “Siz 24 apreldə Parisdə soyqırım abidəsini ziyarət etdiniz. Ayrıca, siz 24 apreli təqvimə daxil etməyi təklif etmisiniz. Ümid edirik ki, Siz soyqırımın tanınması işində fəal olacaqsınız”.

Politoloq vurğulayıb ki, əslində Makronun erməni lobbisinin xüsusi dəstəyinə ehtiyacı yoxdur: “O, Fransadakı ermənilərin səslərinə gərək duymadan da prezident seçkisini öz xeyrinə rahat tamamlayacaq. Ancaq məsələ burasındadır ki, Fransadakı siyasətçilərin az qala hamısı ermənilərə nəvaziş göstərməyi özünün borcu sayır”.

Qeyd edək ki, Fransada prezident seçkisinin ikinci turunun favoriti Makron sayılır. Onun ən azı 60 faiz səs toplayacağı sosial sorğularla təsdiqlənib.

Le Pen isə səsini artırmaq niyyəti ilə fəaliyyətini davam etdirir. Ötən gün Le Penin lideri olduğu Milli Cəbhə “Qalx, Fransa” ilə koalisiya yaradıb.


15:49 30.04.2017
Xəbər lenti
Bütün xəbərlər