KANAL24.AZ
Az Iw En Ru

Cocuq Mərcanlıda inşa edilən evlərdə hörgü işləri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq tikinti işləri uğurla davam etdirilir.

Kanal24.az  xəbər verir ki, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb olunub. Artıq evlərdə hörgü işləri başa çatıb. 30 evin dam örtüyü vurulub, su xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Hazırda digər evlərin dam örtüyünün vurulması, məktəb binasında qəlibləmə işləri görülür.

Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Tikinti işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.


21:24 10.04.2017
Xəbər lenti
Bütün xəbərlər