KANAL24.AZ
Az Iw En Ru

"Tənqidlər vecimə deyil" - Messi

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı oyununu tənqid edənlərə cavab verib.
 
Qol.az-ın xəbərinə görə, bu haqda ölkəsinin mətbuatına danışan 29 yaşlı futbolçu tənqidlərin vecinə olmadığını deyib:
 
“Başa düşürəm, azarkeşlərimiz hər zaman qələbə və kuboklar tələb edirlər. Amma bilsinlər ki, biz futbolçular da uğur qazanmaq istəyirik. 2008-ci ildə Çinin paytaxtı Pekində keçirilən Olimpiadada qazandığımız qızıl medalı ən böyük uğurlarımdan biri kimi hesab edirəm. Bu tənqidlər isə vecimə deyil”.
 
Qeyd edək ki, "Barselona"nın hücumçusu Argentina millisində  117 matçda 58 qol vurub

04:42 06.04.2017
Xəbər lenti
Bütün xəbərlər