KANAL24.AZ
Az Iw En Ru

"Qəbələ" finaldadır

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Kanal24.az  məlumatına görə, "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib. İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu dəfə də inamlı təsir bağışlayıblar.

Əvvəlcə 12-ci dəqiqədə Daniel Subotiç hesabı açıb. 33-cü dəqiqədə Baqali Dabo bakılıları ikinci dəfə məyus edərək son nöqtəni qoyub - 2:0.

Beləliklə, "Qəbələ" cari mövsümdə Azərbaycan Kubokunun ilk finalçısı olub.

Digər yarımfinal matçında isə "Qarabağ" və "Neftçi" komandaları qarşılşacaq.


01:25 06.04.2017
Xəbər lenti
Bütün xəbərlər