KANAL24.AZ
Az Iw En Ru

Ronaldo şərt qoydu - “Ya mən, ya o!”

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Çelsi"nin yarımmüdafiəçisi Eden Azarın Madrid klubuna transfer olunmasını istəmir.
 
Qol.az-ın "Daily Express"ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu bu transferlə bağlı klub rəhbərliyinə xəbərdarlıq edib. O, Azarın transferinin gerçəkləşəcəyi təqdirdə, "Real"ı tərk edəcəyini klub rəhbərliyinə bildirib.
 
Qeyd edək ki, Madrid klubunun E.Azar üçün 100 milyon avro ödəməyə hazır olduğu iddia edilir.

19:52 05.04.2017
Xəbər lenti
Bütün xəbərlər