KANAL24.AZ
Az Iw En Ru

Bakıda Novruz tonqalı "Formula 1" trekini korladı

Bakıda Novruz bayramı ərəfəsində Qoşa Qala qapısı ətrafında keçirilən tədbirlər "Formula 1" trekinə müəyyən təhlükə yaradıb.

Formula 1-in tikinti işləri üzrə rəhbəri Tom Butçer Trend-ə bildirib ki, bayram şənlikləri zamanı trekin Qoşa Qala qapısının yanından keçən hissəsində tonqal qalanmışdı: "Burada tonqal qalanacağını nəzərə almamışdıq. Hər birimiz, o cümlədən Bakı sakinləri "Formula 1" trekini yarışa hazır vəziyyətdə saxlamalıyıq".

O həmçinin bildirib ki, yarışla bağlı tikinti işlərinə artıq start verilib: "Biz tikinti işlərini şəhər sakinlərinə və qonaqlara maneçilik törətmədən aparmağa çalışırıq. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Hazırda "Abşeron" və "Xəzər" tribunaları quraşdırılır, eləcə də digər tribunaların quraşdırılması davam etdirilir".


19:33 05.04.2017
Xəbər lenti
Bütün xəbərlər