KANAL24.AZ
Az Iw En Ru

Dünya reytinqi açıqlandı - Millimiz ilk onluqda

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.

 Azərbaycan millisi 1437 xalla dünya reytinqindəki mövqeyini qoruyub.

Yığmamız əvvəlki aylarda olduğu kimi, yenə 10-cu pillədə qərarlaşıb. Lakin millimiz aktivinə 2 xal əlavə edib. Buna komandamızın Moldova ilə 2 yoxlama oyununda qazandığı qələbələr (6:1), (3:2) səbəb olub.

İlk onluqda aşağıda millilər yer alıb:

1. Braziliya - 1916

2. İspaniya – 1889

3. Rusiya - 1763

4. Argentina - 1706

5. İtaliya - 1619

6. İran - 1595

7. Portuqaliya - 1570

8. Ukrayna - 1483

9. Qazaxıstan - 1451

10. Azərbaycan – 1437


15:37 05.04.2017
Xəbər lenti
Bütün xəbərlər