KANAL24.AZ
Az Iw En Ru

Baş məşqçisini təhqir edən futbolçu komandadan qovuldu

Bakı “İnter”inin 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Tural Osmanov klubdan qovulub.

Bu barədə Report-a paytaxt təmsilçisinin müvafiq yaş qrupu üzrə komandasının baş məşqçisi Xəqani Məmmədov məlumat verib.

41 yaşlı mütəxəssis bildirib ki, U-19 Liqasının XXV turu çərçivəsində baş tutan “Neftçi” - “İnter” (1:0) görüşündə futbolçu onu təhqir etdiyi üçün komandadan kənarlaşdırılıb. Baş məşqçinin sözlərinə görə, xoşagəlməz hadisə T.Osmanova tapşırıq verdiyi vaxt baş verib: “Matçın əvvəlində ona necə oynaması ilə bağlı göstəriş verdim. Futbolçu isə dediyimi yerinə yetirmək əvəzinə məni təhqir etdi. Ona görə də baş hakim tərəfindən qırmızı vərəqə gördü. Matçdan sonra isə onu klubdan xaric etdik. Osmanov müqavilə ilə “Neftçi”yə məxsusdur, “İnter”də icarə əsasında çıxış edirdi”.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin bugünkü iclasında “Neftçi” - “İnter” qarşılaşmasının 15-ci dəqiqəsində öz komandasının baş məşqiçisini təhqir etdiyi üçün referi tərəfindən meydandan qovulan Tural Osmanova 4 oyunluq cəza kəsilib.

 


21:32 04.04.2017
Xəbər lenti
Bütün xəbərlər