"Real"ın müdafiəçisi Naço Fernandes La Liqanın 29-cu turunda "Alaves"i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.
Naço cari mövsümdə "Real"ın heyətində ölkə çempionatında qol vuran 19-cu futbolçu olub. "Kral klubu"nun heyətindən La Liqada meydan oyunçularından yalnız Daniel Karvahal və Fabiu Koentrau fərqlənməyi bacarmayıb.
Bununla da "Real" 1994/95-ci ildə "Valensiya"nın, 1 il sonra özünün rekordunu təkrarlayıb.
Madridlilərin vurduğu qolların 25 faizi 19 fərqlənən Kriştianu Ronaldunun payına düşür.