KANAL24.AZ
Az Iw En Ru

Dünən ölkə ərazisində küləyin maksimal sürəti AÇIQLANDI

Martın 31-i gün ərzində hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, şimal-qərb küləyinin maksimal sürəti bəzi rayonlarda 20-34 m/san təşkil edib.

Bakı və Abşeron yarımadası, Abşeron dəniz rayonunda isə şimal-qərb küləyinin sürəti arabir 20-25, bəzi yerlərdə arabir 30-35 m/san kimi güclənib: “Bakıda və Abşeron yarımadasında əsən güclü külək ötən gün gecəyə doğru zəifləyib və bu gün mülayim cənub küləyi ilə əvəz olunub. Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".


17:55 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər