KANAL24.AZ
Az Iw En Ru

Yaz yorğunluğu - Çarəsi

Qış pəhrizi vitaminlərlə zəngin olmadığı üçün yaz fəslinə keçid zamanı biz enerji azlığından əziyyət çəkirik, fikrimizi cəmləyə bilmirik, heçnə etmək istəmirik və əhvalımız yaxşı olmur. Həmçinin, tez-tez soyuqdəyməmiz olur.

Bu hər il baş verir, lakin sağlamlığımızı qoruya bilmirik. Bu həftələr ərzində əhvalımızı qaldırmaq üçün, pəhrizimizə fikir verməli və gündəlik vərdişlərimizə bəzi şeyləri əlavə etməliyik

fiziki aktiv olun
bacardığınız qədər tərləyin – 15 dəqiqəlik günorta gəzintisi möcüzələr yarada bilər
çoxlu su içməyi də unutmayın

Professionalların tövsiyyə etdiyi kimi, bədənə çoxlu vitaminlər vermək lazımdır.

Vitaminlərin əsas mənbəyi nədir? Möhtəşəm tərəvəzlərdən dadlı yeməklər! Tərəvəzləri günün bütün yeməklərində istifadə edə bilərsiniz, hətta onları dadlı şirə kimi içə bilərsiniz.


07:27 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər