KANAL24.AZ
Az Iw En Ru

Bu saatlarda yatın ki,daha ağıllı olasınız

Beynəlxalaq Sağlamlıq Forumu insanların olduqlarından daha ağıllı və rahat olmaları üçün bir neçə vacib maddələr siyahısı  hazırlayıb. 
 
Bu maddələr əsasən, düzgün qida və yuxu rejimi ilə əlaqəlidir. Hər gün günorta saat üç radələrində qısa müddətli yuxu insanı rahatlamaqla yanaşı, onda hüceyrələrin yenilənməsinə, əlavə enerji ilə yüklənməsinə səbəb olur. Belə ki, günorta saat üçə qədərki iş rejimi insanda bir çox hüceyrələri məhv etdiyindən və enerjini tükəndirdiyindən ondan sonrakı iş prosesi o qədər də effektli olmur. Bu səbəbdən də saat üçdə ilıq duşdan sonra 40-50 dəqiqəlik yuxu insanda yenilənmə, canlanma yaradır. Bu, işin effektivliyini artırmaqla yanaşı, insanın daha ağıllı qərar qəbul etməsinə də səbəb olur.
 
Təsadüfi deyil ki, Yaponiyada bir çox qurumlarda iş zamanı günorta yuxusu vacıb, hətta məcburi sayılır.
Bundan əlavə,  hər axşam yatmazdan əvvəl yaşıl çay içmək, səhər durandan sonra isə iki stəkan sadə su qəbul etmək də insan beyninə müsbət təsir göstərir.

20:28 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər