KANAL24.AZ
Az Iw En Ru

Axşamdan qalmış plovu sevənlərin diqqətinə - ŞOK TƏHLÜKƏSİ VARMIŞ

Plovu sevməyən insan tapılmaz. Hətta axşamdan qalmış plovu xüsusi sevənlər var. Adətən bayramlarda, yaxud hansısa əlamətdar günlərdə daha çox bişirilmiş plov bir neçə gün isidilərək xoşluqla yeyilir. Amma, sən demə, bir gün öncə bişmiş plovu yeməyin fəsadları varmış.
 
Düzgün üsulla saxlanılmayan plov insanların səhətində bir sıra problemlərə yol aça bilər. 
 
Şimali Karolina Universitetindən Ərzaq Təhlükəsizliyi mütəxəssisi Benyamin Çepmenə görə, düyü bişirdikdə tərkibindəki "bacillus cereus" mikrobu ölmür. Torpaqda və qidalarda olan bu bakteriyanın bəzi növləri qida mənşəli xəstəliklərə və ən təhlükəlisi də qida zəhərlənməsinə yol aça bilir.
 
Bişirmə zamanı ölməyən bakteriya otaq temperaturunda saxlanıldıqda inkişaf etməyə və hətta çoxalmağa başlayırlar. Plovda olan su və böcəklər bu bakteriyanın inkişafı üçün əlverişli şərait yaradır. İnkişaf edən bakteriyalar toksinlər buraxır. Bu toksinlər arasında temperatura dözümlü bir toksin də var.
 
Boyat plovdan qida zəhərlənməsini qarşısını almaq istəyirsinizsə qalan plovu soyuducuda, həm də qazanın qapağı yaxşı örtülmüş şəkildə  saxlamalısınız. Plov bişirildikdən sonra 2 saat ərzində soyuducuya qoyulmalıdır.
 
Bir araşdırmaya görə plov ya 63 dərəcənin üstündə olmalıdır, ya da soyuducunda. Orta dərəcə sağlamlığıa təhlükə yaradır.

16:13 31.03.2017
Xəbər lenti
Bütün xəbərlər