KANAL24.AZ
Az Iw En Ru

Sabahın hava proqnozu

Azərbaycanda martın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, martın 29-30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
 
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
 
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 6-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Martın 29-30-da bəzi rayonlarda qərb küləyinin arabir saniyədə 15-20 metr, ayrı-ayrı yerlərdə arabir saniyədə 23-28 metrədək güclənəcəyi gözlənilir.

06:00 29.03.2017
Xəbər lenti
Bütün xəbərlər