KANAL24.AZ
Az Iw En Ru

Bir nəfərin həyətindəki ağacın budağı qonşunun həyətinə uzanıbsa...

Bir nəfərin həyətindəki ağacın budağı qonşunun həyətinə uzanıbsa, qonşusu ağac sahibindən icazəsiz budaqdakı meyvədən yeyə bilərmi?

Dinimizə görə, mal sahibindən icazəsiz və onun razılığı olmadan maldan hər cür istifadə qəsb sayılır və haramdır.

Bir kəsin həyətində bitmiş ağac da onun mülkiyyətidir. Həmin ağacdan istifadə hüququ sahibinə məxsusdur. Kanal24.az  islam.az-a istinadən bildirir ki, əgər ağacın bir budağı qonşunun həyətinə uzanıbsa, qonşu həmin budağın meyvəsini icazəsiz dərə bilməz. Hətta meyvə onun həyətinə düşmüşsə, sahibinə qaytarmalıdır. Əgər ağacın meyvəsini yemək istəyirsə, sahibindən halallıq almalıdır. Qeyd edək ki, əgər insan ehtimal etsə ki, qonşu onun ağacından meyvə yeməyə etiraz etməz və ona icazə verər, bu halda xüsusi olaraq icazə almağa ehtiyac yoxdur. Məsələn, adam eşidir və ya etibarlı mənbədən xəbər əldə edir ki, qonşu öz ağacının budaqlarından meyvə dərib yeməyi başqalarına halal edir. Bu halda xüsusi olaraq icazə almaq vacib deyil, amma bu barədə qonşu ilə danışıb onu bir daha xəbərdar etmək daha yaxşı olar.


03:23 05.03.2017
Xəbər lenti
Bütün xəbərlər