KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı nazir işdən çıxarıldı

Ukrayna Nazirlər Kabineti ötən gün istintaq müddətinə Dövlət Fiskal Xidmətinin (DFX) sədri Roman Nəsirovu vəzifəsindən kənarlaşdırıb. 

RBK  xəbər verir ki, bu barədə qərar martın 3-də hökumətin iclasında verilib. 

“Mən düşünürəm ki, istintaq müddətinə DFX sədri Roman Nəsirov vəzifəsindən kənarlaşdırılmalıdır”, - bunu maliyyə naziri Aleksandr Danilyuk bildirib. 

 “DFX zərər çəkməməlidir”, - baş nazir Vladimir Qroysman deyib. 

Dövlət Fiskal Xidmətinin sədri vəzifəsini müvəqqəti olaraq Roman Nəsirovun müavini Miroslav Prodan icra edəcək.  

Nəsirov ölkədən qaçan deputat Aleksandr Onişenkoya yardım etməkdə ittiham edilir. Nəsirovun vəkilləri prokurorların ona ittiham haqqında xəbərdarlıq edərkən onun huşsuz vəziyyətdə olduğunu bildiriblər. Belə ki, Nəsirov infarkt keçirib və Feofani xəstəxanasına yatırılıb. 


01:00 04.03.2017
Xəbər lenti
Bütün xəbərlər