Ermənilər Facebook sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar.
"HƏRBİ MEDİA" adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.
Erməni hərbi informasiya siyasətinin tərkib hissəsi olaraq meydana çıxan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və orduya olan inamı azaltmağa xidmət edir.
"HƏRBİ MEDİA" səhifəsi Ermənistanda fəaliyyət göstərən "razm.info" hərbi saytının redaksiyası tərəfindən yaradılıb.