KANAL24.AZ
Az Iw En Ru

Həkimlərin öldü dediyi qadın diri-diri yandırıldı

Hindistanda dəhşətli hadisə baş verib.

Xəstəxanada müalicə alan qadının ölüm xəbəri həkimlər tərəfindən verilib. Qadının ailəsi isə inanclarına uyğun olaraq meyiti yandırıblar. Bu mərasimdə isə qadının hələ ölmədiyi, yanaraq can verdiyi üzə çıxıb.

Hindistanda həkimlər 21 yaşlı Raçanın həyat yoldaşına arvadının infeksiya səbəbindən dünyasını dəyişdiyini bildiriblər. Bu xəbərdən sonra 23 yaşlı Deveş Çadhari ailəsi ilə birlikdə arvadının cənazəsini yandırmaq üçün xüsusi əraziyə aparıb. Yandırılan qadının yanaraq öldüyü ortaya çıxıb.

Qadının diri-diri yanmaqda olduğunu hiss edən bir qohumu müdaxilə edərək Raçanı alovların arasından çıxarıb. Amma qadın aldığı yanıq xəsarətlərindən həlak olub. Qadının qaraciyər infeksiyasından yox, yanaraq öldüyü məlum olub.

Hadisə ilə bağlı istintaq başlayıb.

 

 

23:02 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər