KANAL24.AZ
Az Iw En Ru

Bakıda minik avtomobili "KamAZ"a çırpıldı - FOTO

Bakıda minik avtomobili "KamAZ"a çırpılıb, xəsarət alan var.

Hadisə Bakı-Sumqayıt yolunun Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, Sumqayıt istiqamətində yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirib. Nəticədə minik avtomobili Camal İbişova məxsus "KamAZ" markalı yük avtomobilin arxa hissəsinə çırpılıb.

Minik avtomobilinin sürücüsü (hələlik adı açıqlanmır) ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Yol polisi faktla bağlı araşdırma aparır. 


20:37 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər