KANAL24.AZ
Az Iw En Ru

Əllərinizi təmizləyirsiniz, amma.. ​- Bu məqama diqqət!

Antiseptiklər əllərinizdəki mikrob və bakteriyaların çoxunu öldürür, ancaq bu məhsulların həddindən artıq istifadəsi başqa sağlamlıq problemlərinə yol açır.

Əl üçün olan antiseptiki istifadə etdikdən sonra əllərinizin təmiz olduğunu düşünürsünüz. Ancaq əl antiseptikləri, ya da nəmli salfetlər hər vəziyyətdə kirə qarşı təsirli deyil.

Əl üçün olan antiseptik məhsulların tərkibindəki triklosan antibakteriyal xüsusiyyətləri ilə seçilsə də, araşdırma nəticəsində ürək və sümük əzələlərinə ciddi şəkildə təsir etdiyi məlum olub.

Bəzi antiseptiklərin tərkibindəki yüksək alkoqol dərinin ilk qatındakı yağı quruda bilir. Nəticədə, dərinin qoruyucu qatının işini əngəlləyir və dəridə quruluq, qızarıqlıq, hətta, soyulmağa səbəb olur. Kiçik uşaqların dərisi böyüklərdən daha həssas olduğu üçün əl antiseptikləri istifadə edilməməlidir.

Sağlamlıq problemlərinin yaranmaması üçün antiseptiklərin həddindən artıq istifadəsindən qaçın.


05:59 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər