KANAL24.AZ
Az Iw En Ru

Ürək ağrısına qarşı nə yaxşı təsir göstərir?

Sarıkök: Sinə ağrısı müalicəsində məsləhət görülür. Kurkumin adı verilən aktiv komponent, xolesterol oksidləşməsi, val meydana gəlməsini və laxta meydana gəlməsini azaltmağa köməkçi olur. Antiinflamatuar xüsusiyyəti ilə sinə ağrısını yüngülləşdirməyə köməkçi olur.

Badam: Qanda xolesterol səviyyələrini azalda bilən və ürək sağlamlığını inkişaf etdirən çox miqdarda doymamış yağ turşuları ehtiva edir.

Bundan əlavə, lif və maqnezium baxımından zəngin olduğu üçün, ümumi xolesterolu salmağa və irəlidə angina pektoris hücumlarını əngəlləməyə köməkçi olur.
 
Taxıllar: Kəpəkli taxıl, xolesterol səviyyələrini nəzarət altında tutmanıza köməkçi olacaq və yüksək lifli bir qidadır.
 
Banan: Bananlar əsas elektrolit olan bir kalium ilə zəngindirlər. Ürək düz əzələlərdən ibarətdir və sağlam bir şəkildə işləyə bilməsi üçün kalium və digər minerallara bağlıdır. Ürək narahatlığı aşağı bir kalium səviyyəsindən ötəri ortaya çıxan bir vəziyyətdir. Bu da ürək döyüntü sürətinə səbəb ola bilər. Hər gün yeyilən bir ədəd banan ürəyin ümumi sağlamlığını qorumaq üçün olduqca faydalıdır.


04:15 03.03.2017
Xəbər lenti
Bütün xəbərlər