KANAL24.AZ
Az Iw En Ru

Sağlam olmaq istəyirsinizsə, əməl edin – 5 SADƏ MƏSLƏHƏT

Yaz mövsümü yaxınlaşdıqca qəfil hava dəyişikliyi yoluxucu xəstəliklərə də təsirini göstərir. Ancaq həyatınızda müəyyən dəyişikliklər edərək və sağlam vərdişlərə yiyələnərək, xəstəlikləri bədəninizdən tamamilə uzaqlaşdıra bilərsiniz. verir.

 

Bol qatıq yeyin

 

Səhər yeməyindən sonra bir kasa qatıq yeyin. Xüsusilə səhər saatlarında yeyilən qatıq, həzm sistemini canlandırır və bağırsaqlardakı zərərli bakteriyaların bədəndən atılmasına kömək olur. Gənc yaşlarından qatıq yeyən insanlar gələcəkdə menopauza dövründə yaranacaq sümük əriməsinə də mane olur.

 

Hərəkət edin

 

Hərəkətsiz qalmaq xəstələnməyinizə səbəb olur. Nə qədər aktiv və hərəkətli olsanız, immunitet sisteminiz də bir o qədər güclü olacaq.

 

Sarımsaq yeyin

 

Hər gecə yatmazdan əvvəl bir diş sarımsaq yeyin. Sarımsaq infeksiyalarla mübarizə aparmağa, qan təzyiqini tarazlıqda saxlamağa və xolesterol səviyyəsini nizamlamağa kömək olur. Aparılan araşdırmalara görə, hər gün bir diş sarımsaq yeyən insanlar yeməyənlərə nisbətən az xəstələnir.

 

Gözəllik yuxusu şərtdir

 

Vaxtınız olduqda günortalar yatmağa çalışın. Günorta yuxusu həm dəri, həm də sağlamlığa xeyirdir.

 

Soyuq su

 

İlıq və ya isti su ilə duş qəbul etdikdən sonra soyuq su ilə bədəninizi yaxalayın. Bu, qan dövranının artmasına kömək olacaq. Eyni zamanda, soyuq suyun altında bir neçə saniyə qalmaq immunitet sisteminin güclənməsini təmin edəcək.


06:10 01.03.2017
Xəbər lenti
Bütün xəbərlər