KANAL24.AZ
Az Iw En Ru

Nemətin adını çəkmək – nemətə şükür etməkdir

Allahın hər bir maddi və mənəvi əta etdikləri nemət hesab olunur. Əgər insan qürur üçün deyil, sitayiş məqsədilə onları bir-bir dilinə gətirər və yada salarsa, bu, həmin nemətə edilən şükür sayılar.

Şükür mövzusunda sadəcə dildə zikr demək kifayət deyildir, əməli şükür mühümdür. Yəni, Allahın bizə inayət etdiyi nemətlərdən düzgün istifadə edək və israf etməyək. Hər bir neməti öz yerində istifadə edək.
Qurani-Kərim nemətin adının çəkilməsi barəsində buyurur: "Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç!(De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur'ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)". ("Zuha" 11).
İmam Sadiq (ə) bizlərə şükür etməyin yollarını belə öyrədir. Həzrətin (ə) tövsiyələri:

1. Hər bir nemətdən istifadə edən zaman ona diqqət edək ki, Allah bizə vermişdir və "Əlhəmdulilləh" deyək.

2. O kəs ki, bizə yaxşılıq edir və Allahın neməti onun vasitəsilə bizə gəlib çatır, həmin şəxsə təşəkkür edək.

3. O zaman ki, əlil görərik, öz sağlamlığımıza görə Allaha şükür edək.

4. O zaman ki, Allah bizə nemət verər və ya neməti yada salarıq, şükür səcdəsi yerinə yetirək. Əgər münasib şəraitdə olmasaq, üzümüzü əlimizin üzərinə qoyub, "Əlhəmdulilləh" deyək


04:32 01.03.2017
Xəbər lenti
Bütün xəbərlər