KANAL24.AZ
Az Iw En Ru

Amansızlıqla öldürülən qadının FOTOLARI-YENİLƏNİB

Bakıda yaşadığı evdə boğularaq öldürülən 53 yaşlı Anjelika Morozovanın qatilləri axtarılır.

Hadisəni törədən şəxs və ya şəxslər daha sonra mənzilin qapısını bağlayaraq qaçıblar. A.Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görüncə polisə müraciət ediblər və qadının qətlə yetirildiyi üzə çıxıb.

Qətlə yetirilən A.Morozovanın bəzi fotolarını təqdim edirik.

***

Bakıda qətl törədilib. Hövsan qəsəbəsində yaşayan 53 yaşlı Morozova Anjelika Vasilyevna yaşadığı ünvanda naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı onun boğularaq öldürüldüyü üzə çıxıb.

Bildirilir ki, A.Morozova mənzilində tək yaşayırmış. Onun öldürülməsi hadisədən 3 gün sonra məlum olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

 


22:00 27.02.2017
Xəbər lenti
Bütün xəbərlər