KANAL24.AZ
Az Iw En Ru

Qəza can itkisi ilə nəticələndi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də "BMW" markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 01:36-da başa çatıb.

Faktla bağlı araşdırma aparılır.

15:42 27.02.2017
Xəbər lenti
Bütün xəbərlər