Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon sakini, 1972-ci il təvəllüdlü Zülfiyyə Məmmədova bıçaq xəsarəti ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, Zülfiyyə Məmmədova 15 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Cinayəti törədən yeniyetmənin ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi başlanıb.