KANAL24.AZ
Az Iw En Ru

Lukaşenko ilə Putin barışır

Belarus və Rusiya arasında qaz qiymətlərinin aşağı salınması haqqında razılaşmanın əldə olunmasına az qalıb.

Bunu jurnalistlərə açıqlamasında Belarus Baş nazirinin müavini Vladimir Semaşko söyləyib. O, Minskin əsas məqsədinin qaz qiymətinin aşağı salınması olduğunu bildirib.

Qeyd edək ki, son günlər Belarus-Rusiya münasibətləri pisləşib. Rusiya Belarusun ona qaza görə borcunun olduğunu söyləsə də, Minsk bunu qəbul etməyib. Moskva buna görə Belarusa tədarük etdiyi neft həcmini azaldıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə bunu Minskə qarşı şantaj adlandırıb.


06:25 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər