KANAL24.AZ
Az Iw En Ru

Suriyada partlayış: 45 nəfər ölüb – YENİLƏNİB

Suriyanın Əl-Bab şəhəri yaxınlığında baş verən partlayışın nəticəsində ölənlərin sayı 60-a çatdı, onlarla insan yaralanıb.

RİA Novosti xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 42 nəfər Türkiyə ilə sərhəddə yerləşən Kilis əyalətinin xəstəxanasına göndərilib.

Terror aktı təxminən şəhərdən səkkiz kilometr şimali-qərbdə baş verib. Minalanmış avtomobil hərbçilərin yanında partlayıb, onların arasında Suriyanın Azad Ordusunun döyüşçüləri olub.

Yerli təhlükəsizlik qüvvələri partlayışa görə məsuliyyəti “İslam dövləti” yaraqlılarının üzərinə qoyur.  


00:11 25.02.2017
Xəbər lenti
Bütün xəbərlər