KANAL24.AZ
Az Iw En Ru

Putin Ukrayna üçün nələri təklif edir? – BÖYÜK SÖVDƏLƏŞMƏ

Rusiya Ukraynaya əvəz olaraq ABŞ-a Yaxın Şərqdə canlı hərbi qüvvəni və Uzaq Şərqdə loyallığı təklif edə bilər.

Bu fikirlə “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov çıxış edib.

“Təsəvvür edin ki, ABŞ böyük bir ailənin olduğu zəngin mənzildir. Amma dələduz qonşu hər gecə perforatorla divarı deşir. Siz əsəbiləşirsiniz, ailəyə qışqırırsınız, işdə hər şey əlindən düşür, layihələr dağılır. Amma divarın deşilməsini dayandırmağa və aləti yeşiyə qoymağa söz verə bilərik”, - Venediktov hesab edir.

Onun sözlərinə görə, Putin ABŞ prezidenti Donald Trampdan sanksiyaların ləğvini, geosiyasi oyunlar və konstruksiyalarda bərabər hüquqlu partnyor kimi tanınmasını, Ukraynadan başlayaraq, amma Baltikyanı ölkələrdən başqa postsovet məkanında “maraqların azadlığı”nı və NATO-nun genişlənməməsini istəyir.


18:42 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər