KANAL24.AZ
Az Iw En Ru

FTB Ağ Evin tələbini rədd etdi

Federal Tədqiqatlar Bürosu Ağ Evin tələbini geri çevirib. Ağ Ev tələb edib ki, FTB Trampın seçki kampanyası dövründə Trampın köməkçiləri və ruslar arasında gedən kommunikasiyalar haqqında mediada gedən xəbərləri yalanlasın.

Ağ Ev rəsmisi bildirib ki, FTB gedən xəbərlərin doğruluğuna inanmadığını bildirdikdən sonra bu tələb edilib.

Ağ Ev rəsmiləri gözləyiblər ki, Rusiya məsələsini araşdıran büro və digər agentliklər desinlər ki, Rusiya ilə əlaqələr olmayıb. İlk dəfə əlaqələrin olması “Nyu York Tayms” və CNN-də fevralın 14-ü yayımlanıb. Bu xəbərlər Rusya səfiri ilə əlaqələrinin olduğu bilindiyinə görə milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Mayk Flinnin istefasından sonra mediada gedib.

Ağ Evlə federal büronun arasında birbaşa kommunikasiya olması qeyri-adi bir şeydir, çünki belə bir əlaqələrin olması on illərlə davam edən məhduyyətlərə əsaslanır. Qeyd edilir ki, qanunsuz olmasa da, araşdırılan iş haqqında Ağ Evlə FTB-nin birbaşa kommunikasiyası prosedurların pozulmasıdır.

CNN-in verdiyi məlumata görə, Ağ Evin kadrlar şöbəsinin başqanı Reyns Preybus FTB-nin direktoru Ceyms Komeyə və direktor müavini Andrey Makkabe ilə fevralın 15-də görüşüb və bunu tələb edib. Komey isə bunu rədd edib, çünki artıq məsələ büro tərəfindən araşdırılır.


17:07 24.02.2017
Xəbər lenti
Bütün xəbərlər