KANAL24.AZ
Az Iw En Ru

Baş Prokurorluqdan Xədicə İsmayılovanın ölkədən buraxılmaması ilə bağlı açıqlama

Kanal24.az xəbər verir ki, Baş Prokurorluq “Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılovanın ölkədən buraxılmamasının səbəblərini açıqlayıb.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov apa-nın sorğusuna cavabında bildirib ki, Xədicə İsmayılovanın hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaqı aparılan cinayət işi ilə bağlıdır: “Onun qeyd edilən cinayət işi üzrə əlavə olaraq şahid qismində dindirilməsi, həmçinin aparılacaq digər istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. Bu səbəbdən də onun ölkədən çıxmasına məhdudiyyət qoyulub”.
 
Qeyd edək ki, X. İsmayılova oktyabrın 12-də Çexiyaya getmək istəyərkən ölkədən buraxılmayıb. 

23:39 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər