KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ" Reynaldonu iştirak ərizəsində saxladı

"Qarabağ" Peşəkar Futbol Liqasına (PFL) mövsümün əvvəlində təqdim etdiyi futbolçu siyahısını yeniləyib.

Yeni transferlər Ağabala Ramazanov və Elşən Abdullayevin adı siyahıya əlavə olunub.

Məlum olduğu kim, Ramazanov yeni komandasında 44, Abdullayev isə 77 nömrəli formanı geyinəcək.
 
Qış fasiləsində Ağdam klubunu tərk edən Namiq Ələsgərov və Emil Balayevin adı isə siyahıdan çıxarılıb. Maraqlıdır ki, "Adanaspor"a keçdiyi bildirilən Reynaldo Silvanın adı isə "Qarabağ"ın PFL-ə təqdim etdiyi siyahıda hələ də yer alır.  


21:46 27.01.2017
Xəbər lenti
Bütün xəbərlər