KANAL24.AZ
Az Iw En Ru

2016-cı ildə futbolçu transferlərinin məbləği rekord qırdı

2016-cı ilin yekunu üzrə beynəlxalq futbol transferləri bazarının həcmi 14 faiz artaraq rekord həddə - 4,8 milyard dollara çatıb.

Bu barədə FİFA-nın illik araşdırmalarına istinadən "Channel News Asia" məlumat yayıb.

İngiltərə Premyer Liqası əcnəbi oyunçulara 1,37 mlrd. dollar (+8%), Almaniya Bundesliqası 576 mln. dollar, İspaniya La Liqası 508,7 mln. dollar, İtaliya A Seriyası 508,5 mln. dollar vəsait xərcləyib.

Çin Superliqasının xarici xərcləri bir il əvvəlkinə (168 mln. dollar) nisbətdə 451,3 mln. dollar təşkil edib.

Ümumilikdə beynəlxalq arenada 14 min 591 futbolçu transfer olunub ki, onların da 8 min 346-sı UEFA zonasında reallaşıb.


15:40 27.01.2017
Xəbər lenti
Bütün xəbərlər