KANAL24.AZ
Az Iw En Ru

Valeri Bojinovun paylaşımı xəbərə döndü: Azərbaycana gəlir?

Azərbaycana gəlmək variantı olan "Partizan"ın hücumçusu Valeri Bojinovun sosial şəbəkədəki son paylaşımı onun klubunu dəyişmək məsələsini yenidən gündəmə gətirib.

Bolqarıstanlı futbolçu "İnstagram"da yaydığı şəkillə sanki serb azarkeşlərlə vidalaşıb.

Belə ki, o, "Partizan"ın məşqçisi Marko Nikoliçlə birgə çəkdirdiyi şəkli paylaşaraq, "məşqçi, hər şeyə görə sağ ol" sözlərini yazıb. Belqradlı fanatlar isə bunu Bojinovun onlarla vidalaşması kimi qəbul ediblər.
 
Ötən həftə Serbiya mətbuatında 31 yaşlı forvardın "Qəbələ" ilə 1,5+1 illik anlaşdığı barədə xəbərlər yayılmışdı. Daha sonra isə Bolqarıstan mətbuatında keçidin baş tutmadığı qeyd olunmuşdu və buna səbəb kimi, "Partizan"ın "qırmızı-qaralar"dan böyük məbləğdə transfer haqqı istəməsi göstərilmişdi. Lakin bolqarıstanlı həmkarlarımız Bojinovun başqa kluba keçmək məsələsinin real olduğunu yazıblar.

Məlum olub ki, Bojinov "Qəbələ" ilə yanaşı, Rusiyanın yüksək dəstəsində çıxış edən klublardan da təklif alıb. Onun Azərbaycanla müqayisədə Rusiyaya köçmək ehtimalı daha yüksək dəyərləndirilir.
 
"Partizan" rəhbərliyi isə Bojinovun transferindən pul qazanmaq arzusundadır. Serblər müqaviləsinin müddəti yayda başa çatacaq hücumçunun azad agent kimi başqa kluba keçidini əngəlləmək üçün onunla indidən yolları ayırmağı düşünürlər.
 
"Leççe", "Fiorentina", "Yuventus", "Mançester Siti", "Parma", "Sportinq" və "Verona" kimi klubların formasını geyinmiş Valeri Bojinov 2015-ci ildən "Partizan"da çıxış edir. O,
2004-2015-ci illərdə şərəfini qoruduğu Bolqarıstan millisində 43 oyunda 6 qola imza atıb.


18:16 26.01.2017
Xəbər lenti
Bütün xəbərlər