KANAL24.AZ
Az Iw En Ru

Ronaldo: "Messi ilə bir-birimizə böyük hörmətimiz var"

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo Çin mətbuatına müsahibə verib. Çinli idman jurnalistləri tərəfindən "İlin futbolçusu" seçilən portuqaliyalı ulduz bir sıra maraqlı məqamlara toxunub.

Tənqidlər

Tribunaların məni fitə tutmasına qarşı deyiləm. Hər kəsin müəyyən səbəblərdən sevmədiyi insanlar var. Tənqidçilərimi sevindirmək üçün yox, azarkeşlərə sevinc gətirmək üçün oynayıram. Onlar həmişə mənə hörmət göstərir və dəstək verirlər.

Zinəddin Zidan

Futbolçu və məşqçi kimi Zidana rəğbətimiz var. O, futbola böyük ehtirasla yanaşır. Bizim 40 oyunluq məğlubiyyətsizlik seriyasının əsas səbəblərindən biridir. Zidan komandanın mentalitetini dəyişdirdi və biz qalib gəlməyə başladıq.

Lionel Messi

Müqayisəni sevmirəm. Amma bu, istənilən işin bir hissəsidir. Messi komandası üçün əlindən gələni edir. Biz fərqli komandalarda oynayırıq, rəqibik. Amma bir-birinə böyük hörmətimiz var.

Karyeranı başa vurmaq

Yeni müqavilə imzalayanda 41 yaşıma kimi oynayacağımı demişdim. Bu söz yarızarafat, yarıciddi qəbul oluna bilər. Özümü yaxşı hiss etsəm, 35,41 və ya 45 yaşıma kimi oynaya bilərəm.

Gələcək barədə

Özümü məşqçi kimi görmürəm. Bu, variantlar arasında yoxdur. Amma bilirəm ki, gələcəkdə hər şey ola bilər.


16:48 26.01.2017
Xəbər lenti
Bütün xəbərlər