KANAL24.AZ
Az Iw En Ru

Ronaldinyo Braziliya klubu ilə danışıqlar aparır

Ronaldinyo futbola qayıda bilər.

36 yaşlı "sambaçı" "Coritiba" ilə danışıqlar aparır. Klub ona ayda 88 min avro məvacib ödəməyə, şəxsi malikanə və mühafizəçi təhkim etməyə hazırdır. Ötən mövsüm "Coritiba" çempionatı 15-ci pillədə tamamlamışdı. Ronaldinyonun son klubu "Fluminense" olub. 2015-ci ilin sentyabrında həmin klubla yollarını ayıran yarımmüdafiəçi 2016-cı ildə karyerasını başa vurduğunu elan etmişdi.  


20:07 25.01.2017
Xəbər lenti
Bütün xəbərlər