KANAL24.AZ
Az Iw En Ru

"Napoli" yarımfinalda

"Napoli" futbol üzrə İtaliya Kubokunun 1/4 final matçında doğma meydanda "Fiorentina"nı 1:0 hesabı ilə məğlub edib və turnirin yarımfinalına vəsiqə qazanıb.

Oyunda yeganə qolu 71-ci dəqiqədə Xose Kalyexon vurub.

Mauritsio Sarrinin komandası 1/2 finalda "Yuventus" - "Milan" cütünün (25 yanvar) qalibinə qarşı oynayacaq.

Digər 1/4 final matçlarında "İnter" və "Latsio" (31 yanvar), həmçinin "Roma" və "Çezena" (1 fevral) oynayacaqlar.

Hər yarımfinal 1 mart və 5 aprel tarixlərində keçiriləcək iki oyundan ibarət olacaq.


16:55 25.01.2017
Xəbər lenti
Bütün xəbərlər