KANAL24.AZ
Az Iw En Ru

Boks üzrə ikiqat Avropa çempionu həbs olunub

Rusiyada boks üzrə ikiqat Avropa çempionu İqor Alborov həbs olunub. 

O iki nəfərin ölümündə təqsirli bilinib. Avropa çempionu ilə yanaşı, onun qardaşı Alan Alborov da həbs olunub. Hər iki şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Qətl hadisəsi 2016-cı ilin noyabrında baş verib. Qardaşlar 30 yaşlı Alan Qoyayev və onun 70 yaşlı atası Aleksandr Qoyayevə Cənubi Osetiya ərazisində ölən qohumlarının qisasını almaq üçün hücum etdiklərini bildiriblər. Çoxsaylı bıçaq xəsarəti alan A.Qoyayevin meyiti yaşadığı evin pilləkənlərində, atasının cəsədi isə mənzildə tapılıb.

Qeyd edək ki, İqor Alborov yeniyetmə və gənclər arasında iki dəfə Avropa çempionu olub. 


05:51 25.01.2017
Xəbər lenti
Bütün xəbərlər