"Borussiya" klubu heyətinə yeni oyunçu cəlb edib.
Dortmund təmsilçisi İsveçin AİK klubundan 17 yaşlı hücumçu İsak Aleksanderi transfer edib. Onunla müqavilə imzalanıb. "Borussiya" isveçli forvard üçün 9 milyon avro ödəyib.
Qeyd edək ki, Madrid "Real"ının da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.