Dünən keçirilən "Hull Siti" - "Çelsi" matçında bədbəxt hadisə baş verib.
Matçda "Çelsi"nin oyunçusu Qari Keyxill rəqib komandanın oyunçusu Ryan-Masona ilə toqquşub. Başından ciddi zədə alan futbolçu yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb.
Verilən son dəqiqə xəbərinə görə, beyninə qan sızan futbolçunun vəziyyəti ağırdır.
Qeyd edək ki, oyun "Çelsi"nin 2:0 qələbəsi ilə başa çatıb