Türkiyə Super Liqasında 18-ci tur start götürüb.
İlk oyun günündə gözlənilməz nəticələr qeydə alınıb.
Yığmamızın hücumçusu Dəniz Yılmazın üzvü olduğu “Bursaspor” doğma meydanda “Adanaspor”a boyun əyib.
Çempionluğa iddialı "Qalatasaray" da turu məğlubiyyətlə başa vurub. "Aslanlar" "Karabükspor"la səfər matçında hesabı açsa da, sonda meydanı xalsız tərk edib.
Millimizin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” sabah meydana çıxacaq. Qaradəniz təmsilçisi “Kasımpaşa”nın qonağı olacaq.
Turun ən maraqla gözlənilən oyunu da sabah keçiriləcək. Cari mövsümdə gözlənilmədən liderliyə yüksələn və bir müddətdi bu pilləni heç kimə verməyən “Başakşəhər” “Fənərbaxça”nın qonağı olacaq.
Türkiyə Super Liqası, 18-ci tur
21 yanvar
“Akhisar” – “Kayserispor” - 0:0
“Konyaspor” – “Rizəspor” - 2:1
Qollar: Miloşeviç, 4, Bayiç, 59 - Rəcəb Niyaz, 35
“Bursaspor” – “Adanaspor” - 0:1
Qol: Queye, 84
“Karabükspor” – “Qalatasaray” - 2:1
Qollar: Seleznyov, 36 (pen.), Serder Deliktaş, 82 - Yasin, 15.
22 yanvar
14:30 “Qaziantepspor” – “Gənclərbirliyi”
14:30 “Osmanlıspor” – “Antalyaspor”
17:00 “Kasımpaşa” – “Trabzonspor”
20:00 “Fənərbaxça” – “Başakşəhər”
23 yanvar
21:00 “Alanyaspor” – “Beşiktaş”