KANAL24.AZ
Az Iw En Ru

Runi Çarltonun rekordunu yenilədi - VİDEO

İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun rekordunu yeniləyib.

31 yaşlı futbolçu İngiltərə çempionatının 22-ci turunda səfərdə "Stok Siti" ilə oyunda fərqlənib (1:1).
Bu qol Runi üçün "MY"da 250-ci olub.
Runi "Mançester Yunayted"də 2004-cü ildən çıxış edir. Çarlton 1954-1973-cü illərdə klubun heyətində 249 qol vurub.

 

Videonu izləmək üçün şəklə klikləyin:
Runi Bobbi Çarltonun rekordunu yeniləyib


05:33 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər