KANAL24.AZ
Az Iw En Ru

“Bavariya”ya “yox” deyən, “Real”dan zəng gözləyən futbolçu

Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq “Bavariya”nın təklifinə münasibət bildirib.

Qabonlu forvard Münhen klubuna heç vaxt keçməyəcəyini söyləyib.

Ulduz futbolçu “Bavariya”ya keçərək “Borussiya” azarkeşlərinə hörmətsizlik etmək istəmir: “Əsla “Bavariya”ya getməyəcəm. Əks təqdirdə “Borussiya” azarkeşləri çox üzülərlər. Mənə nə qədər pul təklif etsələr, yenə fikrim dəyişməyəcəm”.

27 yaşlı futbolçu “Real”da oynamaq arzusunu bir daha vurğulayıb: “Dortmundu sevirəm, burda 2 il də qala bilərəm, 5 il də. Mövsümün sonunda da ayrıla bilərəm. Əgər bir gün “Real”dan zəng gəlsə, düşünərəm, gəlməsə də problem deyil”.

Qeyd edək ki, Obameyanq bu mövsüm meydana çıxdığı 22 oyunda 20 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


03:31 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər