KANAL24.AZ
Az Iw En Ru

Məşhur referi FİFA-da mühüm vəzifə aldı

Öz dövründə yaşıl meydanlarda ədalətli hakimliyi ilə tanınan italiyalı Pyerluici Kollina FİFA Hakimlər Departamentinin sədri vəzifəsinə təyin olunub.

İtaliya Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, o, bu vəzifədə ispaniyalı Anxel Mariya Vilyarı əvəzləyib.

Qeyd edək ki, o, eyni zamanda UEFA-da hakimlik məsələləri üzrə baş zabit kimi çalışır.

Kollina 6 dəfə (1998 - 2003) dünyanın, 7 dəfə İtaliya A Seriyasının ən yaxşı hakimi sayılıb.


09:31 21.01.2017
Xəbər lenti
Bütün xəbərlər