KANAL24.AZ
Az Iw En Ru

"Məqsədim Çempionlar Liqasının qalibi olmaqdır"

PSG-nin yarımmüdafiəçisi Anhel Di Maria Çindən təklif alsa da, klubunu dəyişmək fikrində deyil. Argentinalı fubolçu bunları deyib:

"İki illik müqaviləm var. Ailəm Parisdə özünü yaxşı hiss edir. Əlbəttə, çox adam müqaviləmin sonuna kimi bu klubda qalacağımı düşünür. Hər kəsin öz fikri var. Bəzilərini Çinə pul cəlb edir. Bu, mənlik deyil. Avropada qalıb futboldan həzz almağa üstünlük verirəm. Məqsədim Çempionlar Liqasının qalibi olmaqdır".

"Hebei China Fortune" Di Mariaya illik 20 milyon avro məvacib təklif etmişdi.


06:59 21.01.2017
Xəbər lenti
Bütün xəbərlər