KANAL24.AZ
Az Iw En Ru

Təyyarə qəzası bir ailənin məhvinə səbəb oldu

Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması ailə faciəsinə də səbəb olub.

“Boeing”in “Manas” hava limanı yaxınlığındakı qəsəyə düşməsi zamanı həlak olanların əksəriyyəti yerli sakinlərdir.

Üçüncü sinifə gedən məktəbli isə dərsdən qayıdanda ailəsinin bütün üzvlərinin dağıntılar altında qalaraq həlak olduqlarından xəbər tutub.

“Üçüncü sinif şagirdi səhər tezdən yuxudan oyanaraq qonşu kənddəki məktəbə yollanıb. Onun ailə üzvlərinin hamısı həmin vaxt evdə olub və “Boeing”in düşdüyü ərazidəki evlərdən birində ölüblər”, - şahidlərdən biri deyib.

“Manas” hava limanına eniş etməyə hazırlaşan yük təyyarəsi yaxınlıqdakı yaşayış məntəqəsində qəzaya uğrayıb. Nəticədə 15 ev dağılıb.

Son məlumata görə, 33 nəfər ölüb. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar da var.

8 nəfər müxtəlif dərəcəli ağır xəsarət alıb. 


20:25 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər