KANAL24.AZ
Az Iw En Ru

Universitetdə qan töküldü

Ermənistanda Yerevan Dövlət Universitetinin tələbələri arasında kütləvi dava olub.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, yanvarın 11-də baş verən hadisə zamanı universitetin tələbələri 19 yaşlı Vaqe Muradyan öldürülüb, R. Martirosyan isə ağır dərəcəli xəsarət alıb.

İnsidenti törətməkdə şübhəli bilinən 21 yaşlı Karen Çatikyan polis tərəfindən saxlanılıb. Onun evində aparılan axtarış zamanı cinayətdə istifadə olunan bıçaq aşkarlanıb. Karen Çatikyanın sözlərinə görə, o, həmin bıçaqla Muradyan və Martirosyana xəsarətlər yetirib.


19:49 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər