KANAL24.AZ
Az Iw En Ru

Qırğızıstanda matəm elan edildi

Qırğızıstan prezidenti Almazbek Atambayev “Boinq-747” yük təyyarəsinin qəzası nəticəsində çoxsaylı itkilərlə əlaqədar yanvarın 17-sini ölkədə matəm günü elan edib.

Matəm günü ölkə ərazisində, xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinin binalarında Qırğızıstanın dövlət bayraqları endiriləcək.

Ölkə ərazisində bütün əyləncə tədbirləri ləğv edilib.

Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb. Son məlumatlara görə, qəzada 4-ü ekipaj üzvü olmaqla, 37 nəfər həlak olub.


18:41 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər