KANAL24.AZ
Az Iw En Ru

Səfirlik: Bişkekdə qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"nın deyil

Qırğızıstanda qəzaya uğramış yük təyyarəsi "Türk Hava Yolları"na məxsus deyil.

Bu barədə RİA Novosti-yə Türkiyənin Rusiyadakı səfirliyindən deyiblər.

Səfirlikdən bildiriblər ki, bu təyyarə Türkiyənin özəl şirkətinə məxsusdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.


17:20 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər