Türkiyənin Edirne vilayətinin Keşan rayonunda mədən qəzası baş verib.
“Hürriyet”in verdiyi xəbərə görə, Küçükdoğanca kəndində özəl şirkətə məxsus kömür mədənində baş verən çökmə nəticəsində işçilərdən biri həyatını itirib.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.